Efiopiya və Eritreya sülh haqqında tarixi saziş imzaladı


Dünya 16 Sen 2018 21:28:00 311 0

Efiopiya və Eritreya sülh haqqında tarixi saziş imzaladı

Bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində Kral Salman bin Əbdüləziz Əl Səudun himayəsi ilə tarixi sülh sazişinin imzalanması mərasimi keçirilib. Bu saziş Afrikanın iki dövləti arasında sərhəd mübahisəsi səbəbindən illərboyu davam edən qarşıdurmaya son qoyacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sülh haqqında sazişi iki dövlətin liderləri - Eritreya Prezidenti İsayas Afevorki və Efiopiyanın Baş naziri Abiy Əhməd imzalayıblar. İmzalanma mərasimində bu hadisə münasibətlə Kralın dəvətinə əsasən Səudiyyə Ərəbistanına gəlmiş BMT-nin baş katibi Antonio Quterreş iştirak edib.