İsmayıllıda sakinlə naməlum manyak


Digərləri 16 Sen 2018 21:11:00 249 0

İsmayıllıda sakinlə naməlum manyak

İsmayıllırayonunda həyətlərə və evlərə manyakın girməsi və sakinləri qorxutması haqda xəbərlər səngimir. Dünən bir nəfər isə xəstəxanaya gedərək naməlum şəxsin ona xəsarət yetirdiyini deyib. O, iddia edib ki, ona hücum edən də məhz həmin manyak olub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, İsmayıllı sakinləri hələ də evlərə girən naməlum insanlardan danışır.

Ötən gün isə İsmayıllı şəhər sakini 40 yaşlı Aftandil GözəlovRayon Mərkəzi Xəstəxanasına gələrək bildirib ki, axşam saatlarında evə gedərkən evinin yaxınlığında naməlum şəxs tərəfindən saxlanılaraq yaxınlıqda yerləşən çay kənarına zorla aparılıb və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirilməklə döyülüb. Polis araşdırmasından sonra onun sərxoş olduğu və özünün özünə xəsarət yetirdiyi üzə çıxıb.

Saxlanılan Aftandil Gözəlov sərxoş olduğunu nə etdiyini xatırlamadığını bildirib.


Xəbərə aid video