Bakı paradı dünyaya bir mesaj idi VİDEO


Digərləri 16 Sen 2018 21:12:00 290 0

Bakı paradı dünyaya bir mesaj idi  VİDEO

Dünən Bakıda keçirilən parad bütün dünyanın diqqətini Azərbaycan paytaxtına çevirdi. Bakı paradı həm Azərbaycan-Türkiyə qardaşlığının təcəssümü, həm də Azərbaycanın hərbi-iqtisadi gücünün nümayişi oldu. Bu arada türkiyəli hərbi ekspertlər də Bakıda keçirilən paradı yüksək qiymətləndiriblər.

Bakının eser-menşevik, erməni-daşnaq və bolşevik qalıqlarından azad edilməsi münasibətilə Bakıda keçirilən parad Azərbaycan və Türkiyə birliyinin bir daha təcəssümü, dosta güvən, düşmənə göz dağı oldu.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, millət vəkili Aydın Mirzəzadə bildirir ki, Bakının azad edilməsi münasibətilə keçirilən parad tarixi bir hadisə idi. Çünki, bir ölkənin deyil, bir-birinə dərin tarixi, mənəvi köklərlə bağlı olan iki dövlətin birliyinin nümayişi idi.

Aydın Mirzəzadə bildirir ki, keçirilən parad Azərbaycanın hərbi gücünün nümayişi ilə yanaşı onun iqtisadi cəhətdən necə qüdrətli bir dövlət olduğunun təcəssümü idi. Çünki, yalnız güclü iqtisadiyyatı olan ölkələr belə müasir silahlara, texnikalara sahib olur.

Aydın Mirzəzadə bildirir ki hərbi parad eyni zamanda Azərbaycan ordusnun hər zaman döyüşə hazır olduğunun bir göstəricisidir. Çünki, Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır.

Millət vəkili, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın əgər işğalçılığa son qoymasa Ermənistanla heç bir əlaqə qurulmayacaq mesajının da böyük əhəmiyət daşıdığını da bildirib. Bu Ermənistana Türkiyə dövləti tərəfindən ən yüksək səviyyədə təcavüzkar siyasətindən əl çəkməsi üçün edilən xəbərdarlıq idi.

Bu arada türkiyəli hərbi ekspertlər də Bakıda keçirilən paradı yüksək qiymətləndiriblər. Türkiyənin tanınmış hərbi eksperti, ehtiyyatda olan polkovnik Eray Güçlüer bildirib ki, "Azərbaycan ordusu bütün parametrləri ilə dinamik inkişafdadır. Paradda göstərilənlər bunun yalnız görünən tərəfidir". Eray Guçlüer onu da vurğulayıb ki, Bakida keçirilən paradda Azərbaycan və Türkiyə silahli qüvvələrinin birlikdə olması yalniz hərbi güc nümayişi deyil. Eyni zamanda xalqlarımızın sifarişi ilə qəbul olunmuş tarixi qərarlarin mənəvi göstəricisidir.


Xəbərə aid video