Sərhəd tanımayan duyğu


Digərləri 16 Sen 2018 21:15:00 313 0

Sərhəd tanımayan duyğu

Daxilinizdə bir təkəbbür daşımadığınızı və kimsəyə qarşı belə bir duyğu ilə yaxınlaşmadığınızı bütün səmimiyyətinizlə söyləyə bilərsiniz?

Son.az islaminsesi.info-ya istinadən təkəbbürlə bağlı geniş bir yazını təqdim edir.

İlk öncə təkəbbürlə bağlı bir qissəni sizə danışım,  daha sonra yenidən məqaləyə qayıdarıq. Vaxtilə bir dərviş son imtahanından  da keçərək bərbərin yanına yollanır. Hər cür saç-saqqaldan arınıb uzun bir səfərə çıxacaqdı.

Dizginlenemeyen duygumuz kibir

Bərbər dərvişin saçını kəsərkən içəri qəfil bir qüvvəsinə arxayın biri girər. Dərvişin başının yarısı qırxılıb, amma bu həyasız insan onu oturduğu yerdən qaldırıb kənara itələyir. Dərvişlik budur, itələyənə dinməz, söyənə cavab  verməz. Səsini çıxartmadan kənarda durar. Bərbər də özünü itirib, nə deyəcəyini və edəcəyini bilmir. Həyasız insan quldurcasına stula yayxanmış və bərbərdən onun saçını vurmasını tələb edir. Bərbər onun saçını vurmağa başlayır. Adam yenə dərvişdən əl çəkməz. Onu təhqir edər və dayanmadan "Para balqabaq" adlandırar.

Nəhayət  bərbər işini bitirir və adam oranı tərk edir. Elə bərbərxanadan azca uzaqlaşmamış yüyəni əldən çıxmış  atlar  onun üstünə şığıyır. Onların gətirdiyi araba dəmiri həmin adamın qarnına girir və adam ölür.  Bu hadisəni görən kimi bərbər özündən asılı olmadan dərvişə tərəf dönür: "Bir az ağır olmadımı, ağa dərviş?"-deyə soruşur.

Dərviş isə belə cavab verir: "Vallah ona hirslənmədim. Haqqımı da halal etmişdim. Amma gəl ki, balqabağın da sahibi var. Ola bilsin ki, o qəzəblənib."

Bax, beləcə insan öz təkəbbürünün  qurbanı olur. İnsan təkəbbürü ilk yaradılışında tanıyıb. Allah-taala ondan soruşdu: "Ey İblis! Öz qüdrətimlə yaratdığım bir məxluq qarşısında səcdə etməyinə nə mane olmuşdur?! Təkəbbür etdinmi, yoxsa hamıdan üstün idin?! (Özünü hamıdan üstün hesab etdin?!)" İblis cavabında dedi: "Mən ondan üstünəm, çünki məni atəşdən, onu isə palçıqdan xəlq etmişsən." ["Sad" surəsi, ayə: 75-76]