Heç kəsi bəyənməmək cadu ilə əlaqədar ola bilərmi?


Digərləri 16 Sen 2018 21:20:00 247 0

Heç kəsi bəyənməmək cadu ilə əlaqədar ola bilərmi?

İlk növbədə Allaha çoxlu dua edin ki, sizə xeyirli həyat yoldaşı nəsib etsin, həmçinin buna mane olan səbəbləri aradan götürsün.

Son.az zikr.az-a istinadən bildirir ki, Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbr etməklə və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən, Allah səbr edənlərlədir". (əl-Bəqərə, 153). Hər şeyi cadu ilə əlaqələndirmək doğru deyil, amma şeytanın vəsvəsəsi nəticəsində sizə evlənmə təklifi edənlərdən heç kimi bəyənməmək və ya əvvəl bəyənib, sonra imtina etmək halları da ola bilər. Bu hallardan qorunmaq üçün namaz qılmaq, çoxlu zikr etmək, evdə Quran səslənməsinə qulaq asmaq və digər şeyləri etmək lazımdır.