Cəlilabadda 6 yaşlı uşağı maşın vuraraq ağır yaralayıb


Digərləri 16 Sen 2018 21:02:00 227 0

Cəlilabadda 6 yaşlı uşağı maşın vuraraq ağır yaralayıb

Cəlilabad şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, şəhərin M.Hüseyn küçəsində minik avtomobili 2012-ci il təvəllüdlü Cəfərov Yusif Sübhan oğlunu vurub.

Yaralı sürücü tərəfindən kəllə-beyin travması ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Altı yaşlı uşağın vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.