Bakıda ən ucuz, ən baha evlər hardadır? VİDEO


Digərləri 16 Sen 2018 21:09:00 317 0

Bakıda ən ucuz, ən baha evlər hardadır?  VİDEO

Paytaxtın kvadratmetri ən ucuz və ən baha olan əraziləri bəlli olub. Ən ucuz evlər kvadratı 500 manatdan, bahalı olanlar isə 2500 manatdan təklif olunur.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, yeni binalarda mənzillərin satış qiymətlərində 3-5 faiz arasında artımlar var. Əmlak eksperti Nofəl Quliyev bildirir ki, bu mövsümü xarakter daşıyan bir amildir.

Ekspert paytaxtda kvadratmetri ən ucuz qiymətə satılan evlərin əsasən hansı bölgələrdə yerləşdiyini də açıqlayıb. Onun sözlərinə görə bu ərazilər daha çox mərkəzdən kənarda qalan yerlərdi.

Kvadratı ən baha satılan mənzillər isə adətən paytaxtın mərkəzi hissələrində yerləşir. Burda qiymətlər minimal olaraq 1800 manatdan başlayır.


Xəbərə aid video