Haqqullah və haqqunnas – İmam Səccadın (ə) mübarək nəzərində


Digərləri 16 Sen 2018 20:50:00 405 0

Haqqullah və haqqunnas – İmam Səccadın (ə) mübarək nəzərində

İmam Səccadın "Hüquq risaləsi" Əhli-Beyt (ə) məktəbinin ən mötəbər mənbələrindən biri hesab olunur. Bu risalədə siyasi, ictimai, iqtisadi və hökumət rabitələrinə aid hüquqlar bəyan edilmişdir.

Bəs əziz İmamın (ə) haqqullah barəsindəki nəzəri necədir?

Son.az deyerler.org-a istinadən bildirir ki, bu risalədə bəyan olunan ilk haqq - haqqullahdır. Allahın Öz bəndələri üzərindəki haqqı çoxdur. Ona iman gətirmək, etiqad bəsləmək, əmrlərinə itaət etmək, bəndəlik etmək kimi.

İmam Səccad (ə) bu haqda buyurur: "Allahın ən böyük haqqı odur ki, Ona pərəstiş edəsən və heç nəyi Ona şərik qoşmayasan. Əgər bu işi ixlasla etsən, Allahın öhdəsindədir ki, sənin dünya və axirət işlərinə kifayət etsin. O şeyi ki, istəyirsən, sənin üçün saxlasın".

Bəli, bu hədisdən də göründüyü kimi, haqqullah bəndə ilə Allah arasında olan haqdır ki, insan özü şəxsən onu yerinə yetirməlidir.

Bəs haqqun-nas haqqındakı nəzəri necədir?

İlk olaraq deməliyik ki, Allah Təala, haqqun-nas qanununu ona görə təyin etmişdir ki, cəmiyyətdə əmin-amanlığa riayət olunsun və insanlar bir-birinə hörmət edib, ehtiramlarını saxlasınlar.

Haqqun-nas müxtəlif sahələrdə bəyan edilir. Eyni zamanda valideyn ilə övlad arasında olan haqq, ərlə arvad arasında olan haqq, qardaşlıq hüququ, ictimai hüquq, qonşuluq hüququ... və s. bu kimi.

Əziz İmam Səccadın (ə) nəzərinə əsasən, haqqun-nasa aid edilənlərin bəzilərinə diqqət edək: