Dayancaqlarda ödəmə terminalı niyə yoxdur? VİDEO


Digərləri 16 Sen 2018 20:57:00 226 0

Dayancaqlarda ödəmə terminalı niyə yoxdur?  VİDEO

Paytaxtın Nobel prospektində sərnişinlərin sıx olduğu dayanacaqlarda ödəmə terminalları yoxdur. Üstəlik ərazidən ödənişi yalnız kartla qəbul edən bir neçə marşurut avtobusu keçir. Bu hal isə sakinlərin narahatlığına səbəb olur. Aidiyyatı qurumlar isə problemin tezliklə həll ediəlcəyini bildirir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bazar günü olmasına rəğmən dayancaqda çoxlu sayda sərnişin gözləyir. Yəni ərazidə yaşayış sıxdır. Buna baxmayaraq dayancağda ödəmə terminalı yoxdur. Paytaxtın Xətai rayonu Nobel prospektinin kənarında yaşayanlar dayancaqlarda ödəmə terminallarının az olmasından şikayətlənirlər. Üstəlik ərazidə ödənişi yalnız kartla qəbul edən 2 marşurut xəttinin avtobusları keçir. Sərnişinlərin sözlərinə görə əvvəl dayancaqlarda terminal olsada sonradan götürülüb.

Sakinlər dəfələrlə kartın balanısnda pul olmadığı üçün avtobusa minə bilmədiklərini, məcbur qalıb uzaq olsa belə nağd ödəniş qəbul edən avtobuslardan istifadə etdiklərini bildirir.


Xəbərə aid video