Sağlam və uzun ömür üçün


Digərləri 16 Sen 2018 20:45:00 271 0

Sağlam və uzun ömür üçün

Xalq arasında belə bir deyim var: "Yaş 35 oldusa, deməli yolun yarısını getmisən." Lakin elm və texnologiya inkişaf etdikcə bu deyim də tarixə qovuşmağa başlayır.

Son.az islaminsesi.info-ya istinadən sağlam və uzun ömür sürmək üşün 9 məsləhəti təqdim edir.

Hamımız qocalmaqdan qorxuruq. Həyat tərzimiz, qidalanma vərdişlərimiz, yuxu rejimimiz, və idman etməyimiz(və ya etməməyimiz) gələcəkdə həyatımıza təsir edən əhəmiyyətli faktorlardandı. Ona görə də sizə təqdim edəcəyimiz bu məsləhətlər işinizə yaraya bilər.

1. Zehninizi məşq etdirin. Bu diqqətinizi artıracaq. Bunu hər kəs öz bildiyi üsulla edə  bilər.

2. Hərəkət  etmək. 30 yaşdan sonra passiv həyat sürən insanların əzələ kütləsində 3-5% arası azalma başlayır.  Bu azalmaya mane olmaq üçün nə etməliyik? Təbii ki, hərəkət. Qaçın, yeriyin, nə olursa olun hərəkətsiz qalmayın.

3. Sümüklərinizi qoruyun. Sümüklərinizi qoruyan qidalarla menyünüzü zəngnləşdirin.

4. Stressi sıfıra endirin. Sağlamlığımızın ən böyük düşməni stressdir. Buna görə özümüzə vaxt ayırmalıyıq.