Stiv Cobsun yaradıcılığını artıran 3 əsas vərdiş


Digərləri 16 Sen 2018 20:35:00 293 0

Stiv Cobsun yaradıcılığını artıran 3 əsas vərdiş

Bəzi vaxtlarda özümüzü olduqca bacarıqsız hesab edirik. Özümüzü və düşüncələrimizi inkişaf etdirə bilmədiyimiz hallarla gündəlik həyatda qarşılaşırıq. Unutmayın, bu hallarla sadəcə siz qarşılaşmırsınız. Belə ki, bir çox uğurlu biznesmen, sahibkar və rol model olmağı bacarmış bir çox insan gündəlik həyatda özlərini və düşüncələrini inkişaf etdirməkdə çətinlik çəkiblər.

Son.az moneta.az-a istinadən bildirir ki, bu şəxslərdən biri də Stiv Cobs olub. Gündəlik həyatda düşüncələrini inkişaf etdirmək üçün tətbiq etdiyi bir neçə vərdiş onun uğurlarına uğur qatıb. Uğur qazandıran vərdişlərdən 3-ü ilə tanış olun.

1) Gəzərkən düşünmək  

Sadəcə Stiv Cobs deyil, Riçard Branson, Oprah kimi uğurlu insanlar da gəzərkən düşünməyin möcüzəvi gücünə inanıb tətbiq edənlərdəndir. Həm zehnimizi, həm də bədənimizi formada saxlamağın yaxşı bir yol olduğu aşkardır.

Stiv Cobs tez-tez rahatlamaq, zehnini sakinləşdirmək və beynində qığılcımı yandırmaq üçün gəzintiyə çıxardı. Hətta, bəzən iclaslarını bir qrup insanla birlikdə gəzərək edərdi.

Stanford Universitetindəki bir araşdırmaya görə də, gəzintiyə çıxmaq insanın yaradıcılığını 60% artırır.

2) Meditasiya