Kapitalizmin cılızlaşdırdığı insan şəxsiyyəti VİDEO


Digərləri 16 Sen 2018 20:15:00 261 0

Kapitalizmin cılızlaşdırdığı insan şəxsiyyəti  VİDEO

Son.az islaminsesi.info-ya istinadən karitalizmin insan şəxsiyyətini necə cılızlaşdırmasını əks etdirən müsahibəni təqdim edir.

Jurnalist: İnsan ilk növbədə yaşayışını təmin etmək üçün işləyir.

Erix Fromm: Bəli, lakin insanı xoşbəxt etmək üçün bu kifayət deyil. Əgər o qazancdan başqa heç bir maraq duymadan işi üçün gündəlik 8 saat vaxt keçirsə, bu onun üçün heç bir əhəmiyyət kəsb etməyəcək.

Jurnalist: İşə qarşı maraq dedikdə nəyi nəzərdə tutursunuz? Əgər insan fabrikdə işləyirsə, orada hansı bir maraqdan və mənadan söhbət gedə bilər?

Erix Fromm: Bu orta əsr sənətkarlarının yaşadığı yaratmaq sevincidir. Ya da  məsələn,  indiki Meksika kimi ölkələrdə olduğu kimi məhz nələrinsə  yaradılması sevincidir. Elə bir işçilər var ki, bu sevinci özlərində tapırlar. İnsan poladəritmə zavodunda işləyə və ya hər hansı bir qəliz avandanlıq düzəldə bilər, lakin məsələ bundadır ki, özü üçün məna yarada bilər. Lakin faydasız məhsulla ticarət edən satıcı isə özünü yalançı hesab edir və həmin məhsula nifrət edir.

Jurnalist: "Faydasız məhsul" dediniz, məsələn adam avtomobil ticarəti ilə məşğuldur. onda necə?

Erix Fromm- Faydasız dedikdə, yəni ehtiyacın dəyərləndirilməsi mənasında deyirəm. Məsələn,  gəlir əldə etmək üçün o insanlara lazımsız nələrisə satmaqla məşğuldur. Bu cür hallarda alıcıya mənasız görünməsə də, həmin malın satıcı üçün dəyəri olmur.

Jurnalist: Söhbət Amerikada yaşayan insanlara gəldkdə siz tez-tez "bazara olan orientasiya" adlanan ifadə işlədirsiniz. Bu terminlə nə demək istəyirsiniz?

Erix Fromm: Bununla mən yeganə bir üsulu nəzərdə tuturam. O yeganə üsul ki, insanlar onunla öz aralarında müqayisələr aparırlar, özü ilə bazardakı şeylər arasındakı nisbətin oxşarlığıdır. Biz öz şəxsiyyətimizi,  daha doğrusu şəxsiyyət paketimizi nəyəsə dəyişmək istəyirik. Sizin tabe olduğunuz insanların belə problemləri yoxdur. Onların öz şəxsiyyətlərini və gülüşlərini satmağa ehtiyacları yoxdur. Lakin başqa bir situasiya da olur. Məsələn, rəqəmlərlə, insanlarla,  işarələrlə insanları manipulyasiya edirlər. Başqa sözlə desək,  insanları, işarələri istifadə edirlər, onların hər biri öz xidmətlərini satmaq məcburuyyətindədirlər. Bununla insan az və ya çox dərəcədə öz şəxsiyyətini satışa çıxarır.


Xəbərə aid video