Biləsuvarda 3 ədəd partlamamış hərbi sursat aşkarlandı FOTO


Digərləri 16 Sen 2018 20:03:00 200 0

Biləsuvarda 3 ədəd partlamamış hərbi sursat aşkarlandı  FOTO

Sentyabrın 1-də FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və DİN-in ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Biləsuvar rayonunun "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.

Son.az bildirir ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və DİN-in Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə 2018-ci il 16 sentyabr tarixində də baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 3 ədəd partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


Xəbərə aid fotolar