Növbəti maliyyə böhranı 2020ci ildə baş verəcək


Digərləri 16 Sen 2018 20:05:00 246 0

Növbəti maliyyə böhranı 2020ci ildə baş verəcək

JPMorgan Chase analitiklərinin proqnozlarına görə, Fond bazarının çöküşü 2020-ci ildə baş verə bilər və bu  yeni maliyyə böhranına səbəb ola bilər. Düzü bazarların çöküşü on il bundan əvvəlki vəzziyyətdən, S&P500 fond indekslərinin pik dəyərlərindən 54% azamasından  daha da böyük olmayacaq- inkişaf etməkdə olan ölkələrdə aktivlərin dəyəri indi 2008-ci ildən çox aşağıdır.

Son.az bizplus.az-a istinadən bildirir ki, sentyabrın əvvəllərində makroiqtisadi göstəricilərin qlobal kəmiyyət işləri  və derivativlər üzrə JPMorgan Chase-də işləyən Marco Kolanovich böyük miqyaslı likvidlik böhranı gördüyünü açıqlayıb- sitat qiyməti çox düşsə belə aktivləri heç kim almır, çünki bazarda passiv idarə edilən fondlar üstünlük təşkil edir. Əgər Mərkəzi bankların aktivlərinin dəyərinin kəskin azalmasının qarşısını almaq mümkün olmasa , dünya başqa depresif iqtisadi mərhələyə daxil ola bilər. Yəqin ki, bizi  1968-ci ildə baş vermiş ixtişaşlar gözləyir.