Ölümün 2 növü və 8 çeşidi


Digərləri 16 Sen 2018 19:55:00 240 0

Ölümün 2 növü və 8 çeşidi

Ölüm haqdır və hər bir canlı bir gün öləcəkdir. Ancaq əgər ölümün növləri barəsində danışsaq, alimlərin nəzərinə görə ölüm iki yerə bölünür ki, hər birinin də öz növləri vardır.

1. Zahiri etibarı ilə olan ölümlər.

a). Təbii ölüm. İnsan qocalır və taqətdən düşür, həyat enerjisini əldən verir və ölür.

b). Xarici amillərin təsirindən olan ölüm. Son.az deyerler.org-a istinadən bildirir ki, bəzən insan xəstəlik, ya təbii hadisələr və ya qəza təsadüfləri vasitəsilə ölür.

c). Başqalarının istəyinə görə. Bəzən insan başqalarının zülmünə məruz qalır. Onu qətl edirlər.

d). İntihar. Zəif iradəyə malik olan insanlar həyatın çətinlikləri ilə mübarizə apara bilməyən zaman intihara əl atır və ölürlər.

e). Allah yolunda şəhid olmaq. İnsan bəndəliyini yerinə yetirmək üçün, haqqı bərpa etmək və zülmü aradan aparmaq üçün vuruşur və Allah yolunda şəhid olur ki, bu, ən izzətli ölüm hesab olunur.