Ən güclü dərmanı da xırda bir şeylə heçə endirmək olar


Digərləri 16 Sen 2018 19:50:00 237 0

Ən güclü dərmanı da xırda bir şeylə heçə endirmək olar

Nəql edirlər ki, bir gün qəssabın gözləri ağrımağa başlayır və içərisi çox qızarır. O yerə qədər ki, heç nəyi görməz olur. Qəssab çarəsiz dükanını bağlayır və həkimin sorağına gedir.

Son.az deyerler.org-a istinadən bildirir ki, həkim də qəssabın köhnə dostlarından idi. Onu görən kimi halını soruşur və deyir: "Allah xeyir etsin, bu tərəflərə niyə gəlmisən?".

Qəssab deyir: "İki gündür ki, gözüm ağrıyır və qaşınır. Bu gün o qədər qaşındı ki, heç ayağımın altını belə görmürəm. Gəlmişəm ki, mənə çarə tapasınız. Həm ağrım azalsın və həm də görə bilim".

Həkim ayağa qalxdı və hansısa məhlulları bir-biri ilə qarışdırıb, şüşəyə tökdü. Sonra qəssaba verib, dedi: "Hər gün üç dəfə hər gözünə bu məhluldan iki damcı tökərsən".

Qəssab təşəkkür edib, evinə getdi.

Qəssab bir həftə həkimin dediklərini etdi, ancaq güclü təsir qoymadı.

Görməsi bir az düzəlsə də, qaşınması keçmirdi. Qəssab yenə həkimin yanına getdi və dedi: "Dostum, mənə verdiyin bu dərmanın təsiri çox zəifdir. Gözüm hələ də ağrıyır".

Bu zaman həkim kitablarını açıb oxudu və bir neçə bitkini dəmləyib, yeni dərman hazırladı. Onu da şüşəyə töküb, qəssaba verdi. Dedi: "Bu dərmanı da o biri dərman kimi istifadə et, yəqin ki, xeyrini görərsən".

Qəssab bu dərmandan` da iki həftə istifadə etdi, ancaq yenə də gözü tam düzəlmədi.

Dostları ona məsləhət gördülər ki, başqa həkimə müraciət etsin. O, oğlunu da götürüb həmin həkimin yanına getdi. O, gözünü həkimə göstərdi və o biri həkimin verdiyi dərmanı da ona verib dedi: "Bu, elə dərmandır ki, nə gözü kor edir, nə də ona şəfa verir".

Həkim həmin dərmanı alıb iyləyir. Sonra üzünü qəssaba çevirib deyir: "Bu dərmandan necə istifadə edirdin?".