İş müsahibələrində teztez verilən


Digərləri 16 Sen 2018 19:35:00 212 0

İş müsahibələrində teztez verilən

İlk dəfə iş müsahibəsinə gedənlər və ya təcrübəli işçilər olsun, sizlər üçün kiçik bir araşdırma etdik. Tələbələr universitetləri bitirdilər, universiteti bitirən kimi əsgərliyə gedənlər qayıtdılar və indi isə, işə girmək vaxtıdır.

Son.az moneta.az-a istinadən bildirir ki, iş müsahibələrində özünüzü təqdim etdikdən sonra işə qəbul olunmaq üçün İnsan Resursları əməkdaşlarının bir sıra suallarına cavab verməlisiniz. Bəzi suallar sıxıcı və formal olsa da gərginliyə səbəb ola bilər və belə bir vəziyyətdə ən son istəyəcəyiniz şey otaqda dərin səssizliyin olmasıdır.

İş müsahibələrində tez-tez qarşılaşa biləcəyiniz, bir az formal bir o qədər də çətin 10 sual və cavabları:

1) Deyək ki, iş yerinizdə sizin üçün bir tort hazırlanıb. Tortun üzərində sizi xarakterizə edən beş söz hansılar olardı?

İlk baxışda çox anlamsız kimi görünsə də, sualın əsl məqsədi sizin gözünüzdən rəhbərin sizi necə gördüyünü bilməkdir. Bu suala cavab vermədən öncə özünüzə sual verin: iş yoldaşlarınız sizi necə xarakterizə edərlər? Yaradıcı cavablar verməkdən çəkinməyin, amma söz çoxluğundan da uzaq durun. Balaca tortun üzərində böyük bir yazı görmək istəmərsiniz.

2) Kiminlə şam yeməyi yemək istərdin və niyə?

Bu suala cavab vermədən öncə keçmişdə və günümüzdə kimə heyranlıq duyduğunuzu düşünün. Yazıçı, idmançı, elm adamı, hətta çalışdığınız sektordan bir dahi belə ola bilər. Daha sonra "Onun etdiyi şeylərdən hansılarını bəyənirəm? Mənə ilham verən özəllikləri nələrdir? Niyə dost ola biləcəyini düşünürsən? Şam yeməyində nələrdən danışardın?" suallarını özünüzdən soruşun.

3) Səni xarakterizə edən bir markanın adını çək.

Bəlkə bu sualı çox eşitmisiniz. Sevdiyiniz deyil, sizi xarakterizə edən bir marka. İlk dəfə eşitdiyinizdə sizi dərin düşünməyə səbəb olan bir sual olsa da, sualı cavablayarkən şəxsi dəyərlərinizi düşünməyiniz lazımdır. Məsələn, ailə və etik dəyərlərə önəm verirsinizsə, özündə bu dəyərləri tərənnüm edən şirkətləri düşünün. Bu ortaq dəyərləri paylaşdığınız şirkətin adını çəkin və sizin üçün bu dəyərlərin niyə önəmli olduğunu da vurğulamayı unutmayın.

4) Lazım olan bütün informasiyaya sahib olmadığınız bir anda almaq məcburiyyətində olduğunuz bir qərarı açıqlayın.

İş müsahibəsinə hazırlanaraq getdiyinizi düşünək, bu da o deməkdir ki, bu günə qədər əldə etdiyiniz hər cür uğurlarınızı danışmağa və bunları fürsətə çevirməyə hazırsınız. Bu uğurlardan birini istifadə edərək sualdakı vəziyyətə oxşar bir vəziyyəti danışa bilərsiniz. O işin öhdəsindən gələrkən hansı məlumatlar əksik idi, nələr edilməsi lazım idi və nələrin öhdəsindən gəldiniz? Bu sualın əsl məqsədi belə çətin vəziyyətlərdə və çətinliklər qarşısında vəziyyətdən necə çıxdığınızı ortaya çıxartmaqdır.

5) Məni müdafiə etdiyin bir fikrə inandır.