Xanımlar evdə tək olan zaman sizcə, nə edər?


Digərləri 16 Sen 2018 19:36:00 351 0

Xanımlar evdə tək olan zaman sizcə, nə edər?

İnsanlar bəzən tək qalmaq, hər kəsdən və hər şeydən uzaqlaşmaq istəyərlər. Bəs qadınlar tək qalanda nə edirlər?

Son.az publika.az-a istinadən qadınların tək qalanda nələr etdiklərinin siyahısını diqqətinizə çatdırır:

İstədikləri qədər yemək yemək

Evdəki bütün şokaladları yemək bir çox qadının istəyidir. Evdə tək qalanda qadınlar bu istəklərini həyata keçirə bilirlər. Çünki evdəki şokaladları yemək istəyən uşaq yoxdur.

Mənasız verilişlər izləmək

Hər qadın işləməyib, divanda uzanıb bir vaxtlar tənqid etdiyi mənasız televiziya proqramlarını izləməyi sevir. Məqsədsiz keçirilən bu vaxtı heç nə ilə müqayisə etmək olmaz.

Musiqi dinləmək, mahnı oxumaq

Evdə heç kim yoxdursa, o zaman qadınlar musiqinin səsini sonuna qədər yüksəltməyi sevir. Necə göründüklərinə fikir vermədən rəqs edirlər. Tanış gəldi?

Uzun müddət duşda qalmaq

Evdə uşaqlar, ya da başqaları olanda istədiyi qədər hamamda qalmaq qadınlar üçün problemdir. Lakin uzun müddət duşda qalmağın qadın istirahətində yeri əvəzsizdir. Ona görə də, evdə tək qalan kimi hamama girirlər.