Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb


Digərləri 16 Sen 2018 19:22:00 280 0

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Zəngənə kəndində qeydə alınıb.

Sabirabad sakini, 1956-cı il təvəllüdlü Şahlarov Sadəli Məhyəddin oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 1973-cü il təvəllüdlü Məhərrəmov Hakim Ələddin oğlunu vurub. Nəticədə piyada hadisə yerində ölüb. Onun kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.