Papa pedofiliyada ittiham olunan rahibi rütbəsindən məhrum etdi


Dünya 16 Sen 2018 19:19:00 265 0

Papa pedofiliyada ittiham olunan rahibi rütbəsindən məhrum etdi

Roma Papası Fransisk katolik məktəblərdə zorlama işlərində adı keçən rahib Kristian Prext Banyadosu kilsə rütbəsindən məhrum edib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Santyaqo arxiyepiskopluğunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, rahib rütbəsindən birdəfəlik məhrum edilib və bu rütbədən irəli gələn bütün vəzifələrdən azad olunub.