Gələn il üçün buraxılış və qəbul imtahanlarında yeniliklər olacaq


Digərləri 16 Sen 2018 19:06:00 320 0

Gələn il üçün buraxılış və qəbul imtahanlarında yeniliklər olacaq

Gələn il orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarında yeniliklər tətbiq ediləcək, hər iki imtahanda qazanılan ballar toplanacaq, təhsil naziri Ceyhun Bayramov bildirib.

O, "Azərbaycan" qəzetində yazdığı məqaləsində bildirib ki, hər iki imtahanla bağlı yeni model tətbiq olunacaq: "I mərhələdə (buraxılış imtahanında) abituriyentlər 3 fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər".

Yeni modelin mahiyyəti bundan ibarətdir ki, abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanacaq, Ceyhun Bayramov bildirib.

Nazir qeyd edir ki, bu ilki tədris ilində XI sinfi bitirən şagirdlər yeni kurikulumlar əsasında ümumi təhsil müəssisələrini başa vuran ilk məzunlar olacaqlar. Ona görə də "yeni məzmun yeni qiymətləndirmə" tələb edir: