Sizi xoşbəxt edə biləcək


Digərləri 16 Sen 2018 19:10:00 260 0

Sizi xoşbəxt edə biləcək

Son.az islaminsesi.info-ya istinadən 20 kiçik vərdişi təqdim edir.

1. Səxavətli olun  - Başqalarının xoşbəxtliyi üçün xərclənən pullar  sizin özünüzə xərclədiyiniz pullardan qat-qat daha çox sevinc və bərəkət gətirə bilər.

2. Çoxlu sual verin - Cavablara diqqətlə qulaq asın! İnovativ düşüncənin yeganə yolu çox sual verib və yaxşı dinləməkdən keçir.

3. Öz yatağınızı yığışdırın - Xoşbəxt insanların bir əlaməti də onların səhər erkəndən qalxaraq öz həyatlarına səliqəli yataqla başlamasıdır.

4. Qeyd edin - Həyatınızdakı   kiçik uğurları belə qeyd edin  Onlar sizi boz və ətalətli günlərdən qurtarar.

5. Təcrübələri satın alın, əşyaları deyil -  Bütün təcrübələr göstərir ki, alınan mallar deyil, qazanılan təcrübələr insana daha çox lazım olur.

6. "Xeyr" deməyi bacarın-  Uğura gedən  bütün yollar mənasız insanlara və hərəkətlərə "Xeyr" demək bacarığından keçir.

7. Vaxtında gəlin-  Hər şeyə öz zamanında vaxt ayırmaq və vaxtında etmək stressi uzaq tutur və münasibətləri gözəl saxlayır.

8. Gözəl davranışlara üstünlük verin-  Hər gün sərgilədiyimiz davranışları diqqətlə seçməliyik.

9. Öz təqviminizdə düşünmək üçün zaman ayırın - Bu bütün uğur qazanmış insanların təqvimində mövcuddur.

10. Maillərə qətiyyən nə yuxudan qalxanda, nə də yatağa gedəndə baxmayın - Bu sizin rahatlığınınızı pozar və gecələr yuxusuzluq verər.