Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib FOTO


Digərləri 16 Sen 2018 18:49:17 270 0

Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib  FOTO

Tədris ilinin başlanması münasibətilə hərbi kadrların hazırlanmasını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisələrinə yeni qəbul olan kursantların andiçmə mərasimləri keçirilib.

Son.az-ın məlumatına görə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin şəxsi heyətinin, valideynlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni ifa olunub.


Xəbərə aid fotolar