Həmyerlimiz ehtiyatda qaldı, komandası uduzdu


İdman 16 Sen 2018 18:36:00 333 0

Həmyerlimiz ehtiyatda qaldı, komandası uduzdu

Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilib. Goal.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin bir neçə gün öncə müqavilə imzaladığı “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Moskva CSKA-sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3. Azər bu görüşün iştirakçısı olmayıb. O, bu matçın sonunadək ehtiyatda qalıb.

“Ufa” 7 turdan sonra 4 xalla 16 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.