Nazarovun komandasından ilk qələbə


İdman 16 Sen 2018 18:10:00 264 0

Nazarovun komandasından ilk qələbə

Almaniya 2-ci Bundesliqasında 5-ci turun oyunları keçirilir. Goal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi Aue öz meydanında Saint Pauli ilə   qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Nazarovun adı matçın iştirak ərizəsinə daxil edilməyib. Bu, Aue-nin mövsümdə ilk qələbəsi olub. Aue 5 turdan sonra 4 xalla 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.