Rüfət Dadaşovun qolu komndası üçün təsəlli oldu


İdman 16 Sen 2018 17:48:00 253 0

Rüfət Dadaşovun qolu komndası üçün təsəlli oldu

Almaniya 3-cü Liqasında 7-ci turun oyunları keçirilir. Goal.az xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi Proyssen səfərdə 1921 Aalen-lə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

90 dəqiqə meydanda olan Dadaşov 85-ci dəqiqədə komandasının yeganə qoluna imza atıb. Bu, onun III Bundesliqada 2-ci qolu olub. Dadaşovun komandası 7 turdan sonra 9 xalla 13-cü pillədə qərarlaşıb.

Rüfət Dadaşov Azərbaycan millisində almaniyalı sabiq baş məşqçi Berti Foqtsun vaxtında çıxış edib və 16 oyunda 4 qol vurub.