Bekhem klubuna Messini gətirmək istəyir


İdman 16 Sen 2018 17:29:00 247 0

Bekhem klubuna Messini gətirmək istəyir

Barcelona-nın hücumçusu Lionel Messi gələcəkdə karyerasını ABŞ-da davam etdirə bilər. Goal.az xəbər verir ki, İngiltərə millisinin sabiq üzvü Devid Bekhem argentinalı superulduzu yenicə aldığı İnter Miami klubunda görmək istəyir. Komanda yüksək liqada 2020-ci ildən çıxış edəcəyi üçün veteran futbolçu Leonu məhz həmin vaxt transfer etmək istəyir. Messinin Barcelona ilə müqaviləsi 2021-ci ilə qədərdir.