Manchester City-nin oyununda maraqlı hadisə


İdman 16 Sen 2018 17:09:00 261 0

Manchester City-nin oyununda maraqlı hadisə

İngiltərə Premyer Liqasının 5-ci turunda keçirilən Manchester City - Fulham oyununda (3:0) maraqlı hadisə yaşanıb. Goal.az xəbər verir ki,City-ni meydana komandanın xanım azarkeşləri - 102 yaşlı Vera Koenlə 98 yaşlı Olqa Halon çıxarıb.

Vera 85 ildir ki, klubun mövsümlük abonomentinə sahibdir. Bu müddətdə o, komandanın bircə ev oyununu da buraxmayıb. Elə onun bacısı da bu müddətdə Mançester təmsilçisinin ev oyunlarına stadiondan tamaşa edib. 102 yaşlı Veranın City-ni meydana çıxarması İngiltərə futbolunun tarixində rekord göstərici deyil. 2017-ci ildə Preston-u meydana 105 yaşlı azarkeşi Bernard Cons çıxarmışdı.