Səfilin “28 Mall”da bomba həyəcanı və...


Kriminal 16 Sen 2018 16:35:00 249 0

Səfilin “28 Mall”da bomba həyəcanı və...

Ağdaşdan paytaxta iş axtarmağa gələn Rəvan Fətəliyev gündüzlər "28 Mall" ticarət mərkəzindəki kafelərdə müştərilərin qablarından artıq qalan yeməklərlə dolanıb, gecələr isə Səməd Vurğun bağındakı oturacaqlarda yatıb.

Amma bir neçə günə bu yaşayış onu bezdirib, taksofondan DİN-in 102 xidmətinə zəng vuraraq "28 Mall"a dostu tərəfindən bomba qoyulduğunu, partlayış olacağını deyib. Əməliyyat-istintaq qrupu yaradılıb, polis əməkdaşları Rəvanı elə "28 Mall"un çıxışında yaxalaylblar.

Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə yalan xəbər verməkdə ittiham olunan Ağdaş rayon sakini, 34 yaşlı Rəvan Fətəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Son.az-ın virtualaz.org-a istinadən xəbərinə görə, R.Fətəliyev 4 aprel 2016-cı ildə DİN-in 102 xidmətinə zəng vuraraq Azadlıq prospektində yerləşən "28 Mall" ticarət mərkəzindəki "Bazarstore" mağazasına partlayıcı qurğu qoyulması barədə məlumat verib. Araşdırmalar nəticəsində məlumatın yalan olması müəyyən olunub.

Nizami rayon məhkəməsi tərəfindən R.Fətəliyevə qarşı Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.