Adnan Oktara ən yaxın qadından şok etiraf: "Olanları vicdanım qəbul etmədi…"


Dünya 16 Sen 2018 15:50:00 233 0

Adnan Oktara ən yaxın qadından şok etiraf: "Olanları vicdanım qəbul etmədi…"

Adnan Oktar cinayətkar dəstəsinin həbs olunan və etirafçı olandan sonra peşmanlıq maddəsindən yararlanaraq, Kandıra Türməsindən azadlığa buraxılan üzvü Ayça Pars danışıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, 29 il boyunca təşkilatın Bacılar Qrupunda olan Ayça Pars etirafçı olma qərarını vicdanı ilə aldığını deyib. Peşmanlıq maddəsindən yararlanan və polisə 120 səhifəlik ifadə verəndən sonra türmədən azadlığa buraxılan Pars Türkiyənin "Sabah" qəzetinə danışıb.

8 gün istintaqda polisə ifadə verdiyini deyən Pars aşağıdakıları deyib: "Edilənləri vicdanım qəbul etmirdi. Amma orada "din adına edilən bu hərəkətlər doğru, digər hərəkətlər isə yanlışdır" deyə verilən bir göstəriş vardı. Uzun illər və mərhələ-mərhələ istifadə edilən həddən artıq taktika və hiylə vardı. Etdiyiniz, danışdığınız və hətta düşündüyünüz hər şey nəzarət altındadır".