Qarabağ-la oyunda Sporting-ə qadağa


İdman 16 Sen 2018 14:49:00 270 0

Qarabağ-la oyunda Sporting-ə qadağa

Avropa Liqasının qrup mərhələsinin ilk turunda Qarabağ-ı qəbul edəcək Sporting-in ev oyunlarını keçirdiyi “Joze Alvalade” stadionunda 3 min yer boş qalacaq. Goal.az xəbər verir ki, bu, UEFA-nın Lissabon təmsilçisinə verdiyi cəza ilə bağlıdır. Ötən mövsüm Avroliqanın 1/4 finalının Atletico ilə cavab oyununda (1:0) yerli azarkeşlər görüşün hakimlər briqadasına yad cisimlər atmışdılar. Məsələni araşdıran qitə futbol qurumu hadisəyə səbəb olan azarkeşlərin əyləşdiyi sektorların 1 oyunluq bağlanmasına qərar verib.

Bununla bağlı bəyanat yayan Sporting klubu azarkeşlərinə səslənib: “Klubun bütün üzvləri və azarkeşləri tam olaraq dərk etməlidirlər ki, kobud ictimai davranışlar bizə ciddi zərər verə bilər”.

Sentyabrın 20-də keçiriləcək Sporting – Qarabağ oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.