Liverpool - PSG matçı türkiyəli hakimə tapşırıldı


İdman 16 Sen 2018 14:30:00 251 0

Liverpool - PSG matçı türkiyəli hakimə tapşırıldı

Çempionlar Liqasının qrup mərhələsində baş tutacaq ən maraqlı oyunlardan biri türkiyəli FİFA referisi Cüneyt Çakıra həvalə olunub. Goal.az xəbər verir ki, tanınmış hakim C qrupunda baş tutacaq Liverpool - PSG qarşılaşmasında ədaləti təmsil edəcək. Onun köməkçiləri Bahattin Duran, Tarık Ongün, Hüseyin Göçek və Barış Şimşək olacaq. 4-cü hakim funksiyasını isə Mustafa Emrə Eyisoy yerinə yetirəcək.

Liverpool – PSG matçı sentyabrın 18-də keçiriləcək və Bakı vaxtı ilə 23:00-da start götürəcək.