Deputat Fazil Mustafa bütün villaları general Elçin Quliyevə təhvil verməyə çağırdı


Digərləri 16 Sen 2018 13:40:19 338 0

Deputat Fazil Mustafa bütün villaları general Elçin Quliyevə təhvil verməyə çağırdı

Milli Məclisin deputatı Fazil Mustafa Bakıdakı qanunsuz tikililər problemini şərh edərkən bildirib ki, Xəzərin sahilindı tikilmiş villalar dövlətin sərəncamına təhvil verilməlidir.

Son.az vitualaz.org-a istinadən xəbər verir ki, bununla bağlı deputat deyib: "Xəzərin hasarlanmasına gəldikdə isə, əslində bunlar ayrılıqda müdafiə səngərlərinə, yaxud da hansısa sunamidən qorunma vasitələrinə bənzəyən bir görüntü verir. Xəzərdə sunami ehtimalı olmadığından, görünür bu hasarlar və içindəki villalar daha çox Xəzərdən gələ biləcək mümkün xarici təhlükənin qarşısını almaq üçün vətənpərvərlik duyğuları ilə tikilib, o halda müraciət etmək lazımdır ki, həmin tikililərin hamısının sahibləri könüllü şəkildə bu yerləri Sərhəd Qoşunlarının balansına versinlər və ölkəmizin müdafiə qabiliyyəti daha da güclənsin".