Bayern Munchen-də 2 itki


İdman 16 Sen 2018 13:46:00 234 0

Bayern Munchen-də 2 itki

Almaniya Bundesliqasının 3-cü turunda Bayer-i 3:1 hesabı ilə məğlub edən Bayern Munchen 2 aparıcı futbolçusunu itirib. Goal.az xəbər verir ki, Korenten Tolisso və Rafinya zədələnib. Tolisso ilk hissənin sonlarında rəqib komandanın futbolçusu Kevin Follandla toqquşmadan sonra meydanı tərk etməli oubsa, Rafinya 82-ci dəqiqədə Kərim Belarabinin kobud oyunundan sonra xəsarət alıb.

Tibbi müayinədən keçən futbolçuların durumuna aydınlıq gəlib. Tolissonun bir neçə ay, Rafinyanın isə bir neçə həftə yaşıl meydandan kənarda qalacağı bildirilib.