İŞİD dinc sakinlərə hücum etdi:


Dünya 16 Sen 2018 13:17:00 260 0

İŞİD dinc sakinlərə hücum etdi:

İŞİD terror qruplaşması silahlılarının İraqa hücumu nəticəsində 3 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, hücum Kərkük və Diyala vilayətlərində baş verib. Məlumata görə, terrorçuların Kərkükdən 55 kilometr cənub-şərqdəki El-Havica rayonuna hücumu zamanı 1 polis əməkdaşı və 1 dinc sakin öldürülüb. Daha 1 dinc sakin isə yaralanıb. Terrorçular hadisə yerindən qaçıblar.