Okeanı “ağıllı” yelkənlər təmizləyəcək


Digərləri 16 Sen 2018 13:04:00 307 0

Okeanı “ağıllı” yelkənlər təmizləyəcək

Avialaynerlər və digər uçan aparatların hazırlanması ilə məşğul olan Fransanın "Airbus" şirkəti dəniz yük daşınmaları üçün "Airseas" bölməsi yaradıb.

"Qafqazinfo" "Technote"yə istinadən xəbər verir ki, şirkət dəniz səyahətlərini daha effektiv etməyə, eyni zamanda okeanın çirklənməsini azaltmağa imkan verən "ağıllı" yelkənlər təqdim edib.

"Airbus"ın dəniz yük daşınmalarının çox hissəsi ABŞ və Avropa arasında şirkət təyyarələrinin daşınmasına cəmlənib.

Bu yük gəmilərinə hər birinin sahəsi 1000 kvadrat metr təşkil edən yeni "ağıllı" yelkənlər quraşdırılacaq. Yelkəndən istifadə küləyin əlavə hərəkət qüvvəsi hesabına yanacağın istehlakını aşağı salacaq. Beləliklə, okeana atılan yanacağın tullantılarının miqdarını, nəticə etibarilə dənizin flora və faunası üçün təhlükəli karbon izlərini əhəmiyyətli dərəcədə azaldacaq.