Mourinyo: "O, heç vaxt mənə getmək istədiyini deməyib"


İdman 16 Sen 2018 13:05:00 256 0

Mourinyo: "O, heç vaxt mənə getmək istədiyini deməyib"

Manchester United-in baş məşqçisi Joze Mourinyo Pol Poqbanın komandadan ayrılmaq istədiyi haqda xəbərlərə münasibət bildirib. Goal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Poqbanın klubdan getmək istədiyi haqda çıxan xəbərlərin yalan olduğunu bildirib. 

“Poqba dünya çempionatından sonra komandaya qoşulub, 2 ay olar bizimlə birlikdədir. Və o, heç vaxt mənə getmək istədiyini deməyib. Bu haqda nəsə yazmaq istəyirsizsə, sadəcə, real olanları yazın, eşitdiklərinizi deyil”.

İngiltərə mətbuatı Poqbanın MY-də xoşbəxt olmadığını və bu səbəbdən getmək istədiyini iddia edir.