İranlı hakerlər Britaniya ali məktəblərindən milyonlarla sənədi oğurladılar


Dünya 16 Sen 2018 11:39:00 261 0

İranlı hakerlər Britaniya ali məktəblərindən milyonlarla sənədi oğurladılar

İranlı hakerlər Britaniya ali məktəblərindən milyonlarla sənədi oğurlayıblar.

Bu barədə "Report" "The Telegraph" qəzetinə istinadən məlumat yayıb.

Məlumata görə, sənədləri oğurlanan ali məktəblər Oksford, Kembric, Edinburq universitetləridir. Nəşr xəbər verib ki, oğurlanan sənədlər internetdə satışa çıxarılıb.

Oğurlanmış fayllar atom enerjisi və kibertəhlükəsizlik sahələri üzrə məxfi araşdırmalardır. Qəzet iddia edir ki, sənədlər İran saytlarında cəmi 2 riala satılır.