Gürcüstanda marixuana ixracından əldə ediləcək gəlir açıqlandı


Dünya 16 Sen 2018 11:13:00 275 0

Gürcüstanda marixuana ixracından əldə ediləcək gəlir açıqlandı

Hökumətin tibbi marixuananın istehsalı və ixracına dair planları baş tutacağı təqdirdə Gürcüstan 383 milyon dollar gəlir əldə edə bilər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu "İmedi" telekanalının efirində Gürcüstanın maliyyə naziri İvane Maçavariani deyib.

Onun sözlərinə əsasən, tibbi marixuana bazarı müasir texnologiyalarla bağlıdır, "onun məst etməsi isə dünya qədər qədimdir". Nazir hesab edir ki, 2024-2025-ci illər üçün bazarın həcmi 25 milyard dollara çata bilər. 

Maçavariani qeyd edib ki, tibbi marixuananın ixracından əldə edilən gəlir təhsilin keyfiyyətinin yaxşılaşdırılması, həmçinin yoxsulluğun aradan qaldırılmasına yardım göstərəcək.