"Manqhut" Filippində onlarla insanın həyatına son qoydu


Dünya 16 Sen 2018 10:41:00 249 0

"Manqhut" Filippində onlarla insanın həyatına son qoydu

Filippində "Manqhut" qasırğası nəticəsində ən azı 25 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "CNN Philippines" ölkə prezidentinin səlahiyyətli nümayəndəsi Frensis Tolentinoya istinadən məlumat yayıb.

Daha əvvəl qasırğanın 12 nəfərin həyatına son qoyduğu bildirilirdi. Qeyd edilir ki, təbii hadisə zamanı daha 13 nəfər itkin düşüb.