ABŞda qasırğa zamanı mağazaları talan edən şəxslər həbs edildilər


Dünya 16 Sen 2018 10:47:00 306 0

ABŞda qasırğa zamanı mağazaları talan edən şəxslər həbs edildilər

ABŞ-da "Florens" qasırğası zamanı mağazaları talan edən şəxslər həbs olunub.

"Report" RT-ə istinadən xəbər verir ki, bu barədə Uilminqton şəhərinin polisi məlumat yayıb.

Bildirilir ki, polis bu cinayətlə bağlı 5 nəfəri həbs edib. Qeyd edək ki, "Florens" qasırğası artıq 11 nəfərin həyatına son qoyub, habelə bir sıra şəhərlərə ciddi ziyan vurub.