Alim: Bakının işğaldan azad olunması Azərbaycan dövlətçiliyi tarixinin qızıl səhifəsi kimi qiymətləndirilməlidir


Digərləri 16 Sen 2018 10:44:10 227 0

Alim: Bakının işğaldan azad olunması Azərbaycan dövlətçiliyi tarixinin qızıl səhifəsi kimi qiymətləndirilməlidir

1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad olunması Azərbaycan dövlətçiliyi tarixində olduqca mühüm hadisə idi.

Bakı. İlhamə İsabalayeva - 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad olunması Azərbaycan dövlətçiliyi tarixində olduqca mühüm hadisə idi. Bunu Trend-ə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elşad Mirbəşir oğlu deyib. Alim bildirib ki, həmin dövrdə istər regionda, istərsə də dünyada mürəkkəb proseslər cərəyan edirdi: "Belə bir şəraitdə müstəqil dövlətin qurulması olduqca çətin, hətta qeyri-mümkün idi. Buna baxmayaraq, Zaqafqaziya Seyminin süqutundan sonra Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Təbii ki, dövlətin mövcudluğu hər şeydən öncə onun bu mövcudluğunu qoruyub saxlamağa imkan verəcək bütün zəruri şərtlərin olmasını tələb edir. Bu şərtlər içərisində paytaxt amili mərkəzi yerdə dururdu". E.Mirbəşir oğlu hesab edir ki, Bakının işğal altında olması yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) gələcək taleyini sual altında qoyurdu. Fəlsəfə doktoru əlavə edib ki, Bakı coğrafi mövqeyinə, ticari-iqtisadi potensialına, ən əsası isə siyasi çəkisinə görə olduqca strateji əhəmiyyət kəsb edirdi. Şəhər Xəzərin sahilində olmaqla, həmin dövrün əsas kommunikasiya xətləri üzərində yerləşirdi: