Mingəçevirdə 35 nəfər cərimələndi FOTO


Digərləri 16 Sen 2018 10:34:00 218 0

Mingəçevirdə 35 nəfər cərimələndi  FOTO

 Mingəçevir şəhərində keçirilən reyd zamanı yol hərəkəti qaydalarını pozan piyadalara xəbərdarlıq edilib.

Son.az report-a istinadən bildirir ki, axşam saatlarına təsadüf edən reyd şəhərin Heydər Əliyev prospektində, Nərimanov, 20 Yanvar və onlarla kəsişən küçələrdə həyata keçirilib.

Reydin məqsədi yol hərəkəti qaydalarını pozaraq qəza vəziyyəti yaradan piyadaların müəyyən edilməsi və maarifləndirilməsi olub. Reyd ərzində 60-a yaxın qayda pozucusu saxlanılaraq onlarla xəbərdaredici söhbətlər aparılıb. Eyni zamanda 35 qayda pozucusuna yol polisi əməkdaşları tərəfindən inzibati protokollar tərtib edilib.


Xəbərə aid fotolar