33 yük maşını sürücüsü və köməkçisini qətlə yetirib


Dünya 16 Sen 2018 10:15:00 261 0

33 yük maşını sürücüsü və köməkçisini qətlə yetirib

Hindistan polisi son 10 ildə 33 yük maşını sürücüsü və köməkçisini qətlə yetirdiyini etiraf edən kişini həbs edib.

Bundan əlavə, o, əlbir olduğu şəxslərlə birgə yük maşınlarının içindəkiləri və onların özlərini satıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, kişi Bxopal şəhərində saxlanılıb.

Polisin sözlərinə görə, onlar yük maşını sürücülərinin bir sıra oxşar qətllərini təhqiq edən zaman caninin izinə düşüblər. Əvvəlcə saxlanılan şəxsin bu cinayətlərlə əlaqəli olmadığı görünsə də, əvvəl saxlanılan cinayət yoldaşları onun əleyhinə ifadə veriblər.