Unay Emeri Arsenal futbolçularından bunu tələb edir


İdman 16 Sen 2018 10:04:00 260 0

Unay Emeri Arsenal futbolçularından bunu tələb edir

"Arsenal"ının baş məşqçisi Unay Emeri futbolçulardan ingilis dilində danışmağı tələb edir.  Goal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis yalnız oyunçularla təkbətək söhbət zamanı tərcüməçinin xidmətindən istifadə edəcək. İspan məşqçi hesab edir ki, komanda üzvlərinin ingilis dilində ünsiyyət qurmaları vacibdir. 

O, paytardəyişmə otağında kollektivlə yalnız bu dildə danışacaq. U.Emeri artıq məşq zamanı da tərcüməçidən imtina edib. Baş məşqçi ilin sonuna kimi bu dili öyrənməyi planlaşdırır. Onun mətbuat konfranslarında hələ ki tərcüməçidən istifadə olunur. 

"Qarabağ"ın İngiltərə klubu ilə ilk matçı oktyabrın 4-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Londondakı qarşılaşma isə dekabrın 13-də olacaq.