Gəncədə 7 otaqlı ev yandı


Digərləri 16 Sen 2018 09:30:00 192 0

Gəncədə 7 otaqlı ev yandı

Gəncədə yanğın hadisəsi qeydə alınıb.

Son.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, şəhərin Kəpəz rayonunda ümumi sahəsi 180 m² olan 7 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və evə bitişik ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.