Füzulidə RQD-5 əl qumbarası aşkar olunub (FOTO)


Digərləri 16 Sen 2018 01:26:34 308 0

Füzulidə RQD-5 əl qumbarası aşkar olunub (FOTO)

Füzuli rayonunda partlamamış hərbi sursat aşkar olunub.

Bakı. Füzuli rayonunda partlamamış hərbi sursat aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, 2018-ci il 15 sentyabr tarixində saat 14:40-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 15:08-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kəndi ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və AnchorFüzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.