Hər gün aspirin içmək əvəzinə bu meyvəni yeyin


Digərləri 15 Sen 2018 23:55:00 295 0

Hər gün aspirin içmək əvəzinə bu meyvəni yeyin

Tayvan tibb məktəbinin apardığı təcrübə kivinin bağırsaq hərəkətlərini nizama saldığını və həzmi asanlaşdırdığını sübut edib. Mütəxəssislər həzmsizlikdən şikayət edən insanlar arasında 4 həftə onlara kivi yedirtməklə təcrübə aparıb. Nəticədə məlum olub ki, kivi yeyən insanların 45 faizinin həzm sistemi asanlaşıb.

Kivi eyni zamanda lif baxımından da çox zəngindir. 100 qram bananda 1,6 qram lif varsa, kividə 3,4 qramdır. Məhz bu, bağırsaqlarda xoşniyyətli bakteriyaların artmasına səbəb olur. Kivi xolesterolu aşağı salır və ürək narahatlıqları riskini ciddi formada azaldır. Aparılan başqa bir təcrübə sübut edib ki, lif baxımından zəngin olan kivi qalın bağırsaq xərçənginin qarşısını almaqda da faydalıdır. Bu liflər tərəfindən istehsal edilən bir turşu növü xərçəngə səbəb olan genlərin aktiv hala gəlməsinin qarşısını alır.

Yuxu keyfiyyətinə yaxşı təsir edir

Aparılan təcrübələr kivinin yuxu keyfiyyətini də artırdığını sübut edib. Yüksək miqdarda kalsium tərkibli olduğu üçün yatmazdan bir saat əvvəl yeyilən bir dənə kivi daha rahat yuxu yatmağınızı təmin edir. Eyni zamanda ruh yüksəkliyinə də kömək edir.