Saçınızı boyamaq istəyirsinizsə...


Digərləri 15 Sen 2018 23:40:00 214 0

Saçınızı boyamaq istəyirsinizsə...

Bir çox xarici ölkələrdə aparılan tədqiqatlar sübut edib ki, hamiləliyin ilk üç ayında saç rənglətmək körpəyə ciddi zərər verir. Hətta katarakta və beyin şişinin yaranmasına səbəb ola bilər.

21-ci əsrdə saç rənglətmək keçmiş zamanlara nisbətən daha etibarlı və güvənlidir. Buna baxmayaraq, saç boyalarının tərkibində olan zəhərli maddələr risk yaradır. Ona görə də ana olmaq istəyən xanımlar daha diqqətli olmalıdırlar. Hamilə qadınlar formaldehid tərkibli məhsullardan uzaq durmalıdırlar. Bununla da riski minimuma endirə bilərlər. Unutmayın ki, hamiləlik zamanı saçları rənglətmək bir çox narahatlıqlara səbəb ola bilər.

Saçları düzləşdirən və rəngini açmaq üçün istifadə edilən saç boyalarının tərkibi bir çox təhlükəli kimyəvi maddələrlə zəngindir. Bu kimyəvi maddələr dəriylə əmilir və ananın bədənində dövrülüyə keçir. Saç boyası ilə bədənə girən kimyəvi maddələr ananın qanından plasentaya keçir və dölün qan dövranına keçmək imkanı əldə edir. Aparılan araşdırmalar sübut edib ki, xüsusən də hamiləliyin ilk üç ayında saçlarını rəngləyən ananın bətnində olan körpələr anadangəlmə zəif görmə təhlükəsi ilə üzləşirlər. Anadangəlmə katarakta göz bəbəklərinin birinin və ya hər ikisinin şəffaflığının doğuşdan itirilməsidir.

Nevroplastika isə sinir hüceyrələrində meydana gələn şişdir. Uşaqlarda ən çox rast gəlinən xərçəng növüdür. Nevroplastika beyindən bütün bədənə mesaj yollayan sinir sistemi qaynaqlı xərçəng növüdür. Əsasən sinir hüceyrələrində başlayır. Təcrübələr göstərib ki, hamiləlik zamanı saç rəngləmək nevroplastika riskini 3 dəfə artırır.