Sevinc canlı yayımda ona göndərilən hədiyyəni qəbul etmədi VİDEO


Şou-biznes 15 Sen 2018 23:41:00 411 0

Sevinc canlı yayımda ona göndərilən hədiyyəni qəbul etmədi VİDEO

ATV-də yayımlanan "Gündən-günə" verilişində maraqlı anlar yaşanıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, proqrama qonaq olan müğənni Sevinc Musayeva ona göndərilən hədiyyəni qəbul etməyib.

Belə ki, Bilik Gününə həsr olunan verilişdə aparıcı Əkbər Əlizadə Sevincə məktəb illərində ona aşiq olan bir şəxsdən gül hədiyyəsi gəldiyini deyib. Hədiyyəni efirə gətirdikdə ifaçı onun kim tərəfindən göndərildiyini soruşub.

Əkbər həmin şəxsin adını söyləmədiyini, lakin Sevincin də illər əvvəl onu sevdiyini söyləyib. Bunu eşidən Musayeva hədiyyədən imtina edib: